Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Mehriban Əliyeva İlham Əliyevi təbrik etdi

Mehriban Əliyeva İlham Əliyevi təbrik etdi

Tarix: 24-12-2021, 00:37

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliiyevin doğum günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli cənab Prezident!

Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.

Sizə ən səmimi təşəkkürlər!

İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.

Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!

Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR