Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi

Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi

Tarix: 27-12-2021, 11:43


Deputat Aqil Abbas Gənclər və İdman Nazirliyinə müraciət edərək tələbə-inşaat dəstələrinin yenidən bərpa olunmasını təklif edib. 

Mediabiz.az-ın məlumatına görə, indi azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri aparılır: “Ağdamda da hazırda bu proses davam edir. Tələbə- inşaat dəstələri yenidən bərpa olunsa, bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. 

Gənclər və İdman Nazirliyindən xahiş edirəm ki, bunu formalaşdırsın. Bu, könüllülük prinsipidir, amma tələbələr hamısı gedəcəklər. Bu, Qarabağ üçün çox vacibdir, işçi tapılmır. Verdikləri maaş da maaş da deyil.

Tələbə isə 300-400 manata Qarabağda gedib işləyəcək. Necə ki, ölümə gənclər getdilər. Belə də pulsuz da işləyə bilərlər”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR