Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Tarix: 28-12-2021, 11:19


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda əyani formada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.


Liderlərin Belarusun 2021-ci ildə qurumda sədrliyinə yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və üzv ölkələrin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəklər.


Qeyd olunub ki, qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasının 30 ili tamam olur.


Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də sammitə qatılacaq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR