Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı MÜSADİRƏ EDİLDİ

Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı MÜSADİRƏ EDİLDİ

Tarix: 28-12-2021, 12:37


Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlakının siyahısı məlum olub.


Mediabiz.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.


Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR