Son Xəbər: KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub,

Eynulla Fətullayevdən Milli Məclisdə SƏRT ÇIXIŞ - VİDEO

Eynulla Fətullayevdən Milli Məclisdə SƏRT ÇIXIŞ - VİDEO

Tarix: 29-12-2021, 10:07


Təxminən 1 ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy. Bu gün Mehman Əliyevlə Qulu Məhərrəmli müzakirəyə gəlməyiblər. 1993-cü ildə AzTV-yə süjet hazırlayanda, ən qəddar, ən sərt senzor Qulu Məhərrəmli idi. İndi Qulu Məhərrəmli olub liberal... Yadımdadır, 2005-ci ildə donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevə 500 min dollar ayırdılar. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar.


Bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.

"Prezident Administrasiyasından və xüsusi xidmət orqanlarından təzyiqlər hiss etmirik. Bizə yaradıcılıq azadlığı veriblər. Deməli, İlham Əliyevin islahatlarını dəstəkləmək lazımdır. Hikmət Hacıyevin yeni konsepsiyasını dəstəkləmək lazımdır. Bunun əvəzində isə qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər. Yadımdadır, 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetini yaradanda xarici donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevin mənasız layihəsinə 500 min dollar ayırdılar, hansı ki, həmin pulları yedi. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər isə Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular. 2 il ərzində “Realnıy Azerbaydjan” ümummilli nəşrə çevrildi və hakimiyyət sonda bu qəzeti bağladı, məni də həbs etdi. Bəs Arif Əliyevin qəzetinə nə oldu? O sadəcə olaraq batdı. Çünki pulları yemişdilər.


Bizim bəxtimiz çox gətirib ki, Soros və digər Qərb qüvvələri İlham Əliyevin devrilməsi üçün pulları vicdansız adamlara ayırdılar, onlar isə sonda bu pulları mənimsədilər", - Fətullayev qeyd edib.


Onun sözlərinə görə, onların hamısı ictimai korrupsiya ilə məşğul idi. Sizdə Milli Məclisdə Vüqar Bayramov adında deputat oturub, hakimiyyətin ünvanına loyal danışmaqla məşğuldur. Onun qardaşı Qubad İbadoğlu isə Londonda oturub və təxribat fəaliyyəti ilə məşğuldur. 2000-ci illərin əvvəllərində həmin o təxribatçıya milyonlarla dollar ayırırdılar. Bəs pullar hanı? Düşünürsünüz ki, onlar həmin pulları inqilab işinə xərclədilər? Qətiyyən, onlar pulları mənimsədilər və taladılar”, - deyə Eynulla Fətullayev bildirib.


Jurnalist əlavə edib ki, bu gün Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını, KİV-in inkişafını istəyirlər. Onun sözlərinə görə, dövlətlərin suveren hüququ var. Dəmir yumruq, dəmir iradə, ölkənin suveren hüququ var.


“Amma indiki layihəyə qarşı çıxan həmin adamlar anlamırlar ki, Yaltasonrası dünya düzəni çöküb. Beynəlxalq hüquq daha yoxdur. Avropa Şurası, ATƏT, birqütblü dünyanın digər dekorasiyaları yoxdur. Hansı Venesiya komissiyası? Bütün bu təşkilatlar yeni beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılıblar! Ancaq bir hüquq qalıb-dövlətlərin suveren hüququ. Və İlham Əliyevin dəmir yumruğu. Siz dünyada hansı insan haqlarından danışırsınız, hansı ki, ayrı-ayrı dövlətlər heç öz hüquqlarını qoruya bilmirlər? Siz hansı liberalizmdən danışırsınız ki, tarixin arxivinə yuvarlanıb?”, - jurnalist çıxışında deyib.


Eynulla Fətullayev habelə xatırladıb ki, bir vaxtlar ABŞ dövlət katibinin köməkçisi onu məxfi söhbətə çağırmışdı. “Mən maraqlandım, görüş harada olacaq? Onlar cavab verdilər ki, Hyatt Regency otelində. Bundansa yaxşı olardı ki, onlar məni Azərbaycan xüsusi xidmət orqanlarının akvariumuna salardılar”, - deyə jurnalist zarafatla bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR