Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Keçmiş MTN polkovniki həbs edildi

Keçmiş MTN polkovniki həbs edildi

Tarix: 29-12-2021, 10:25

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin prorektoru olmuş Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.

Mediabiz.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir.

B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR