Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana müraciət etdi

Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana müraciət etdi

Tarix: 29-12-2021, 11:02


Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağırıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırıb:

“Mixeil Saakaşvilinin səhhəti buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var. Gürcüstan tərəfi ukraynalı həkimlərin müayinə etməsi üçün Mixeil Saakaşviliyə getməsinə icazə verməlidir".

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ukraynanın Gürcüstandakı konsulu bu gün Qori Hərbi Hospitalında Mixeil Saakaşvilini ziyarət edəcək .

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR