Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Bu ilin son iş gününə olan hava proqnozu

Bu ilin son iş gününə olan hava proqnozu

Tarix: 29-12-2021, 12:51

Azərbaycanda dekabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR