Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

"Bakcell"in əməkdaşı Ağdamda yaralandı

"Bakcell"in əməkdaşı Ağdamda yaralandı

Tarix: 30-12-2021, 09:43

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumatda bildirilir ki, ilkin araşdırmalarla "Bakcell MMC"nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR