Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Gəncədə dünya çempionunu öldürən şəxs qətlin detallarını danışdı

Gəncədə dünya çempionunu öldürən şəxs qətlin detallarını danışdı

Tarix: 3-01-2022, 09:48

Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğlunu bıçaqlayıb öldürməkdə ittiham olunan Emil Məmmədov hadisənin təfərrüatlarını danışıb.

Mediabiz.az məhkəmə materiallarına istinadən xəbər verir ki, hadisə 2019-cu il iyunun 15-də baş verib.

Belə ki, Gəncədə yerləşən “Uğur” çay evinin sahibi Emil Məmmədov həmin obyektin qarşısında yerləşən “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də icarəyə götürərək işlədib. O, həmin avtoyuma yerinə gələrək maşınını yuduzduran Elnur Alıyevlə pul üstündə mübahisə edib. Onlar bir-birinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə 1995-ci il təvəllüdlü Elnur Alıyev qətlə yetirilib. Davanın digər iştirakçısı, 1983-cü il təvəllüdlü Emil Məmmədov isə yaralanıb.

Hadisəni törətməkdə təqsirli bilinən Emil Məmmədov barəsində cinayət işi başlanıb və o həbs edilib. 

Məhkəmədə ifadə verən Emil Məmmədov bildirib ki, hadisədən bir il əvvəl onun icarəyə alıb işlətdiyi “Qızıl çay evi”ndə də ora gələnlər arasında dava düşüb. Dava edənlər arasında Elnur Alıyev də olub.

Çay evini həyat yoldaşı ilə birlikdə işlədən E.Məmmədov daha sonra başqa yerdən məkan icarəyə götürərək “Uğur” çay evi adı ilə işlətməyə başlayıb:

“Avtoyuma yerində işləyən Tural gəlib mənə dedi ki, Elnur məni söyür. Turala dedim ki, işiniz olmasın, göndərin getsin. Sonra o məni yenə söyərək təhqir etdi və mən də onun yanına getdim.

Elnura salam versəm də, salamımı almadı və “sənsən ə çaqqal, buranı işlədən” deyərək məni təhqir etdi. Ona dedim ki, “söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə, onun yerinə üzr istəyirəm”.

O isə dedi ki, “belə obyektlərə pul vermirəm”. Cavab olaraq bildirdim ki, “biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get”.

Elnur mənim bu sözümdən sonra maşından bıçaq götürüb qolumdan vurdu. Özümü müdafiə etmək üçün onun qolunu qatlayaraq elə öz əlində olan bıçaqla özünü vurdum. Sonra orada olanlardan Elnuru xəstəxanaya aparmalarını xahiş etdim. Yaralı olduğum üçün xəstəxanaya apardılar. Daha sonra eşitdim ki, Elnur ölüb”.

Məhkəmə iclasında ifadə verən mərhumun atası, tanınmış kikboksinq ustası İlqar Alıyev bildirib ki, Elnur idmançı idi və üç qat dünya çempionu, on beş qat Respublika çempionu olub. İlqar Alıyev iddia edib ki, hadisə zamanı Emil tək olmayıb: "Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döyüb. Əgər Emil də tək olsaydı, Elnura heç nə edə bilməzdi. Elnur həm idmançı, həm də namaz qılan idi. O içki içməzdi. Gəncədə hamı onun necə tərbiyəli olduğunu da bilirdi. Oğlum idmançı idi. 1-2 il bundan qabaq idmanı tərk edib müxtəlif yerlərdə işləyib. Son zamanlarda avtomobil alqı-satqısı ilə məşğul olurdu. Elə yuduzdurmağa apardığı maşını da satırdı. Həmi gün onu təmizlədib səhəri gün satmağa aparacaqdı. Hadisə zamanı Emil tək olmayıb. Elnura arxadan baş nahiyyəsinə zərbə endirilib, oğlum dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurub”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Emil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR