Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Horadiz əməliyyatı - 28 il

Horadiz əməliyyatı - 28 il

Tarix: 6-01-2022, 10:14

Azərbaycan Ordusunun ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 28 il ötür.

Füzuli RİH-nin Mətbuat xidmətindən  verilən məlumata görə, bu münasibətlə Horadiz şəhərində Qəhrəmanlar Parkında rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.

RİH başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzdən,ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. Bildirib  ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 21 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti nəticəsində düşməndən azad edilib.

Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu, hərb tariximizin ən parlaq səhifələrindən birini təşkil etdiyini qeyd ediblər.

Horadiz əməliyyatı - 28 il




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR