Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır

Tarix: 7-01-2022, 14:48

Gələn aydan xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır.

Təhsil Nazirliyindən  verilən məlumata görə, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Bu il üçün birinci sənəd qəbulu fevral-aprel ayında, ikinci sənəd qəbulu isə iyul - sentyabr aylarında baş tutacaq.

Qeyd olunub ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron ünvanına müraciət etmək mümkündür.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR