Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏR həbs olundu

Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏR həbs olundu

Tarix: 8-01-2022, 11:16


Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunun rəisinə cinayət işi açılıb.


Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, DGK-nin yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.


İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.


İş üzrə toplanan sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR