Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Tokayev Aİ prezidenti ilə müzakirələr aparıb

Tokayev Aİ prezidenti ilə müzakirələr aparıb

Tarix: 10-01-2022, 18:05

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib.

Bu barədə Qazaxıstan prezidentinin "Twitter" hesabında məlumat verilib.

“Bu gün Aİ Şurasının prezidenti Şarl Mişellə məhsuldar söhbətimiz oldu. Qazaxıstandakı vəziyyətlə bağlı ona məlumat verdim. Dövlətçiliyimizə qarşı misli görünməmiş təcavüz və qəsd aktı ilə üzləşdik, biz konstitusiya quruluşunun və qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər gördük. Biz dinc etirazçılara qarşı heç vaxt silahlı güc tətbiq etməmişik və etməyəcəyik. Belə iddiaların hamısı yalandır. Qazaxıstan Aİ ilə tərəfdaşlığı gücləndirməyə davam edəcək”, - Tokayev qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR