Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

“Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” - Psixoloq

“Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” - Psixoloq

Tarix: 11-01-2022, 13:47

"Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var”.

Bu fikirlər psixoloq Samirə Bağırovaya məxsusdur və onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kimisi bu sözlərinə görə psixoloqu qınadı, kimisi isə onun fikirlərini təsdiqlədi...

Psixoloq Aytən Ələkbərova isə Sfera.az-a açıqlamasında bu kimi fikirlərin yayımlanmasının insanlarda narahatlıq doğurduğunu bildirib. Ekspert bu açıqlamadan sonra vəzifəli şəxslərdən birinin ona zəng etdiyini və narahatlığını ifadə etdiyini deyib:

"Bu açıqlamadan sonra mənə zəng gəldi ki, sizcə mənim arvadımın da kənarda sevgilisi ola bilər? Həmin adam bildirdi ki, həyat yoldaşını evdə tək qoyub gedə bilmir, ondan şübhələnir.  Ona görə bu kimi açıqlamalar vermək düzgün deyil. "Tik-tok” psixoloqları ilə həqiqi psixoloqlar açıqlamalarına görə fərqlənir. Bürclərdən və cinsəl mövzulardan danışıb gündəmə gəlmək, insanlara bu üsulla necə gəldi, informasiya ötürmək doğru deyil. Cəmiyyətdə insanları narahat edən bu qədər problem varkən, belə mövzulara toxunmaq düzgündürmü? Lakin ola bilər ki, psixoloq kimi o da ancaq bu mövzuda çıxış etməyi bacarır. Bir mövzu barədə mütəmadi danışmaq pozuntudur”.

Müsahibimiz xüsusilə gənclərin təcrübəli psixoloqlara üz tutmalı olduğunu qeyd edib:

"Gənclərin sosial keyfiyyətlərinin formalaşması birdən-birə yox, dərhal baş verir. Buna görə gənclər psixoloqla ünsiyyətdə olmalıdır. Psixoloqun isə təcrübəsi, keçdiyi istiqamətlər mühümdür. Bu gün ali məktəbi bitirən 23 yaşındakı şəxs psixoloqluq edir. Yadımdadır ki, mənə o vaxt deyirdilər ki, 35 yaşadək özünə psixoloq deyə bilməzsən. İndi 44 yaşım var, hələ də deyirəm ki, öyrənirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR