Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

2 yaşlı uşağı oğurlayanlar onu bu evdə gizlədib - VİDEO

2 yaşlı uşağı oğurlayanlar onu bu evdə gizlədib - VİDEO

Tarix: 12-01-2022, 11:14

12 gün əvvəl Bakının Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Şixəliyevin gizlədildiyi yer məlum olub.

Mediabiz.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağı oğurlamaqda ittiham edilən Gültəkin Muradova və qeyri-rəsmi nikahda yaşadığı Şamil Əliyev onu Kürdəxanı qəsəbəsində saxlayıblar. Azyaşlını oğurlamaqla bağlı əvvəlcədən plan quran şəxslər uzaq bir qəsəbənin dalanında kirayə mənzil tutublar.

Evdə uşağa məxsus bezlər, müxtəlif oyuncaqlar olub. Mənzilin sahibinin qardaşı Şirinbala Abdulmanafovun bildirdiyinə görə, qardaşı evi Şamil Əliyevə aylıq 150 manata kirayəyə verib: “Heç bir ay deyildi ki, burada qalırdılar. İki-üç dəfə kişini görüb salam vermişəm. Bu müddət ərzində o uşağı heç çölə çıxarmayıb”.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, G. Muradova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olan Şamil Əliyev və daha sonra uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.

Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR