Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

"20 yanvar"da sıxlığa səbəb olan taksilər - Həll yolları nələrdir?

"20 yanvar"da sıxlığa səbəb olan taksilər - Həll yolları nələrdir?

Tarix: 12-01-2022, 14:11

Rayonlara sərnişindaşıma ilə məşğul olan taksilər paytaxtın müxtəlif yerlərində, o cümlədən "20 Yanvar" dairəsi ətrafında və 3-cü mikrorayon dairəsində sıxlığa səbəb olur.

Bəs həmin taksilər vahid bir əraziyə cəmləşdirilə bilərmi?

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazilərdə dayanan taksilər qeyri-qanuni fəaliyyətlə məşğuldurlar.

"Dövlət Avtomobil Nəqliyyatı Xidməti müntəzəm və qeyri-müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən sərnişindaşıma xidmətinə nəzarəti təmin edir. Qurum fərqlənmə nişanı almaqla sərnişindaşıma üzrə xidmət göstərən hüquqi şəxslər və ya fərdi sahibkarların fəaliyyətinə nəzarəti həyata keçirir, marşrut sxemi, istiqaməti, hərəkət cədvəlini müəyyən edir. Həmin ərazilərdə sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri fərqlənmə nişanı almadan, qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Dövlət Yol Polisi ilə birlikdə qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinə qarşı nəzarət tədbirləri aparılır. Belə ki, nəzarətin gücləndirilməsinə səbəb sərnişinlərin həyat və sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və qəza hallarını minimuma endirməkdir. Nəinki paytaxtda, Respublikanın digər regionlarında da maarifləndirici tədbirlər hayata keçirilir. Dayanacaqların quraşdırılması isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilmir" - deyə, məlumatda qeyd olunub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, "20 Yanvar" dairəsi ətrafında taksi duracaqları var. Taksilər həmin yerlərdə dayanıb xidmət edə bilərlər.

"Amma bir məsələ var ki, həmin taksilərin hamısı qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər. Qeyri-qanuni taksi fəaliyyətinə nəzarət etmək də bizim səlahiyyətimizə aid deyil. Bizi də bu məsələ ciddi narahat edir. Çünki o cür taksilərin metronun "20 Yanvar" və digər stansiyalarının ətrafında xaotik vəziyyətdə dayanması həm ictimai nəqliyyata, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur" - deyə o qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli isə Trend-ə bildirib ki, paytaxtın əsasən "20 yanvar" və "Şamaxinka" kimi tanıdığımız ərazilərində qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan və bu fəaliyyət növü ilə məşğul olarkən hərəkətin nizamını pozan şəxslərə münasibətdə əraziyə daimi naryadlar təhkim etməklə ümumi vəziyyətə gündəlik nəzarət edilir.

"Ərazidə polis olmasa, vəziyyət təmamilə nəzarətdən çıxmış olar. Lakin vətəndaşlar qanunsuz taksi xidmətlərindən istifadə etməsə, belə sürücülərlə də gündəlik mübarizə aparmağa ehtiyac qalmaz", - deyə o əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR