Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

İlham Əliyevdən suala zarafatyana cavab - VİDEO

İlham Əliyevdən suala zarafatyana cavab - VİDEO

Tarix: 13-01-2022, 08:42

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Dövlət başçısı üç saata yaxın davam edən müsahibədə ATƏT-in Minsk qrupu barədə də danışıb.

Azərbaycan Prezidenti jurnalistin "ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?” sualına maraqlı cavabı ilə diqqət çəkib.

Minsk qrupunun fəaliyyətini aşağı qiymətləndirən dövlət başçısı, suala zarafatyana cavab verib: "Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir”. 

Prezidentin müsahibəsindən həmin anın videosunu təqdim edirik:




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR