Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Avtovağzallarda sərnişin axınının bərpası üçün yeni təkliflər hazırlanır

Avtovağzallarda sərnişin axınının bərpası üçün yeni təkliflər hazırlanır

Tarix: 15-01-2022, 11:58

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) təqdim edəcəklər.

Nazirlikdən Mediabiz.az a verilən xəbərə görə, bu barədə RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində ölkədə fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib.

Hazırda əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Sahibkarlar işlətdikləri nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkirlər. Eyni zamanda sərnişinlərin həyatı, sağlamlığı və yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaranır.

Görüşdə, həmçinin sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da diqqətə çatdırılıb.

Bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasına görə tariflərin qeyri-rentabelli olduğu vurğulanıb.

Tədbirdə sərnişin daşınması sahəsində təhlükəsizliyin təmin edilməsi üçün reysqabağı texniki yoxlamanın və sürücülərin tibbi müayinəsi sisteminin təkmilləşdirilməsi məsələsi də müzakirə edilib.

Görüş zamanı avtovağzal rəhbərləri bir sıra təkliflərlə çıxış ediblər. Onlar ara dayanacaqlarının sayının azaldılmasına, avtovağzallar arasında məlumat mübadilə sisteminin qurulmasına, reys cədvəllərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Görüşdə kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə avtovağzal rəhbərləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə vahid əlaqə kanalının yaradılması və məsul şəxsin təyin edilməsi qərara alınıb.

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq təqdim edəcəklər.

Növbəti mərhələdə bu istiqamətdə tədbirlər planının hazırlanması və onun icrası nəzərdə tutulub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR