Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Tanınmış həkim elan etdi: “Bununla yaşamağı öyrənəcəyik”

Tanınmış həkim elan etdi: “Bununla yaşamağı öyrənəcəyik”

Tarix: 22-01-2022, 16:36

“Omikron”un yoluxuculuğu öncəki ştamlardan 70 dəfə daha yüksəkdir. Maskadan istifadə etməli və qabaqlayıcı tədbirlər görməliyik. Təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkən yaşlı bir kəsim var ki, onları qorumalıyıq. “Omikron” ştamının klinik gedişi digərləri ilə müqayisədə daha yüngül olsa da, risk qrupunda olan şəxslər üçün yenə də təhlükəlidir. Ola bilər ki, yüngül keçirəsiniz, lakin yaşlıları yoluxdurmamaq üçün maskadan istifadə etməliyik.


Bu sözləri həkim Turanə Rəsulova deyib. 


O bildirib ki, hər bir ölkə əvvəlki ştamlarla müqayisədə yoluxma sayında pik yaşayır: 


“Amma xəstəxanaya yatış və reanimasiyaya ehtiyacı olanların sayında elə bir artım yoxdur. Bu o deməkdir ki, yoluxma artsa da, səhiyyə sisteminin yüklənməsi ehtimalı gözlənilmir. Əlbəttə ki, hər vəziyyətin dinamikasına uyğun düşünüb qərar verilməlidir. Amma cənab Prezidentin və səhiyyə nazirinin çıxışlarında deyildiyi kimi, yataq rezervi yetərlidir. Bu səbəbdən də mənim fikrimcə, daha sərt karantin tədbirlərinə hələ ehtiyac yoxdur”. 


“Turkovac” vaksinindən danışan mütəxəssis qeyd edib ki, istənilən halda vaksinlərə etibar etməyə dəyər: 


“Vaksinin edə biləcəyi ən yaxşı funksiyası bizi qorumaqdır. Bu vaksinlərin zərərli olmadığı aydınlaşandan sonra istifadəsinə icazə verilir. Odur ki, vaksinasiyaya mütləq şəkildə “hə” deməliyik. 


Vəba dönəmində də insanlar elə hesab edirdi ki, xəstəliyi həkimlər özləri yayır. Bizim yeganə istəyimiz odur ki, insanlar sağlam olsunlar və tezliklə bu ağır dönəmi atladaq. Vaksinlərin yol aça biləcəyi ciddi problem mövcud deyil. İnsan hüquqları və tibbi etika tələb edir ki, zərər vermədiyi müddətdə nəsə edə bilərsən. Və bu, çox leqal prosesdir. Vaksinlərin istifadəyə başlaması üçün Ümumdünya Səhiyyə Təşkilatının nüfuzlu ekspertləri iştirak edir və sınaqdan keçirilir. Eyni zamanda vurğulamaq lazımdır ki, vaksinlər dünyada ilk növbədə tibb işçilərinə, həkimlərə vurulur. Əgər burada şübhə yeri olsaydı, həkimlər vaksin vurdurardımı?”


T.Rəsulova bildirib ki, “omikron” ştamı mövsümi qriplə bənzərdir: 


“Burun axıntısı, oynayan qızdırma, halsızlıq eyni ilə mövsüm qripində olduğu kimidir. Yay dönəmində də deyirdik ki, qış gələnə qədər vaksinasiya olunmaq lazımdır. Çünki qış özü ilə birlikdə başqa viral xəstəliklər də gətirəcək. Azərbaycanda hazırda influenza da yayılmağa başlayıb və bu, digər ölkələrdə də belədir. Hazırda “omikron”un dünyada yayılması qriplə eynidir. Zamanla “omikron”a qarşı immunitet qazanmış olacağıq. Hazırda edə biləcəyimiz effektiv yol 3 doza vaksin vurdurmaq və “omikron” ştamının yarada biləcəyi ağırlaşmaları ortadan qaldırmaqdır. Bundan əlavə, yuxu rejiminin düzgün olması, sağlam qidalanma və idman orqanizmin immunitetini güclü saxlayan amillərdir. 


Pandemiyanın bitməsinin bir neçə ssenarisi mümkündür. Onlardan biri o idi ki, özü-özünü bitirsin, amma bu ssenari özünü doğrultmadı. İkinci variant odur ki, endemik olsun. Biz hər il bunu keçirəcəyik, daha çox mövsüm qripinə bənzəyəcək, əsasən yüngül olacaq. Əlbəttə ki, həssas şəxslər qripdə olduğu kimi, bundan daha çox təsirlənəcək. Amma bununla yaşamağı öyrənəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR