Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

İstanbulda fəlakət yaşanarkən İmamoğlu harada olub? ŞOK FOTOLAR yayıldı

İstanbulda fəlakət yaşanarkən İmamoğlu harada olub? ŞOK FOTOLAR yayıldı

Tarix: 26-01-2022, 09:33

İstanbulda qar səbəbilə fəlakətin yaşandığı bir vaxtda bələdiyyə sədri Əkrəm İmamoğlunun restoranda olduğu məlum olub.

Mediabiz.az yerli mənbələrə istinadən xəbər verir ki, İmamoğlu restoranda britaniyalı diplomatla görüşüb. Qar səbəbilə yollarda uzun tıxacların yarandığı, minlərlə insanın küçələrdə qaldığı bir vaxtda İmamoğlunun restoranda olması böyük narazılıq yaradıb. Əvvəlcə İmamoğluna yaxın dairələr bunu təkzib etsə də, fotolar üzə çıxandan sonra İmamoğlu özü açıqlama yayıb. O yazıb:

“19 saatdır qarla mübarizə işlərinə rəhbərlik etdikdən sonra 1 saatlıq yemək fasiləsini danışmağa başladılar”.

Yerli mənbələr yazır ki, İmamoğlu restoranda 1 saat deyil, daha çox müddətdə qalıb. Üstəlik onu yol boyu qar təmizləyən maşınlar müşayət edib. Yerli sakinlər bələdiyyə sədrini fəlakətə qarşı qabaqlayıcı tədbirlər görməməkdə ittiham edərək, onun istefasını tələb edirlər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR