Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycanda DƏHŞƏT: bacısı oğlunu güllələdi

Azərbaycanda DƏHŞƏT: bacısı oğlunu güllələdi

Tarix: 26-01-2022, 11:44

Beyləqan sakini bacısı oğlunu güllələyib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR