Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Jurnalistlərin öldürülməsinə görə aksiya keçirildi - Meksikada

Jurnalistlərin öldürülməsinə görə aksiya keçirildi - Meksikada

Tarix: 26-01-2022, 13:23

Meksikada jurnalistlər həmkarlarının öldürülməsinə etiraz ediblər.

Son 2 həftədə 3 jurnalistin qətlə yetirildiyi ölkədə  mətbuat mənsubları və fəallar hökumət binalarının ətrafına toplaşaraq zorakılığa reaksiya verib. Əraziyə çox sayda  polis qüvvələri cəlb olunub. 

Bununla bağlı, Meksika Daxili İşlər Nazirinin İnsan Haqları üzrə müavini Alejandro Encinas "Twitter" hesabında paylaşım edib.

"Prezident Andres Lopez Obradorun hakimiyyətə gəldiyi 2018-ci ilin dekabrından 2021-ci ilin oktyabrına qədər 47 jurnalist qətlə yetirilib. Cinayət işlərinin təxminən 10 faizi cinayətlər zamanı törədilib".

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, Meksika jurnalistlərə qarşı ən şiddətli və peşəkar ölümcül yerlərdən biridir.

2000-ci ildən bəri ölkədə 148 jurnalist öldürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR