Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanlı müxalifətçi xaricdə HƏBS EDİLDİ

Azərbaycanlı müxalifətçi xaricdə HƏBS EDİLDİ

Tarix: 26-01-2022, 18:52

Böyük Britaniyada siyasi sığınacaq istəyən müxalifətçi Ceyhun Zeynalov cinsi təcavüzə görə həbs edilib.

Mediabiz.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 34 yaşlı jurnalist əvvəlcə özünü təqsirli bilməsə də, daha sonra günahını etiraf edib.

İttihama görə, o, mağazaya gedən əqli qüsurlu qadına qarşı zorakılıq göstərməyə cəhd edib. Əvvəlcə qadınla danışmağa cəhd edən C.Zeynalov ona içki içməyi təklif edib. Qadının "yox" cavabından sonra mağazadan bir şüşə araq alıb və sözügedən şəxsin də mağazadan çıxmasını gözləyib. 

Daha sonra C.Zeynalov qadını Stok-on-Trent ştatının Şelton şəhərindəki Müqəddəs Mark kilsəsinin ərazisinə apararaq orada təcavüz etməyə çalışıb. O, qadının qətiyyətli müqavimətindən sonra ərazidən uzaqlaşıb. 

Daha sonra C.Zeynalov tapılaraq 18 ay müddətinə həbs edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR