Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır

ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır

Tarix: 27-01-2022, 10:53

Ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində məktəblilərin aktiv iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin İctimai Şurası” yaradılır. 

Mediabiz.az xəbər verir ki, nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.  

Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək public@eco.gov.az poçt ünvanına təqdim edilə bilərlər.

“Məktəblilərin İctimai Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

http://eco.gov.az/az/nazirlik/elan?newsID=13807





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR