Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

"Hafka" məhkəmə zalında həbs edilib

"Hafka" məhkəmə zalında həbs edilib

Tarix: 27-01-2022, 21:35

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti tanınmış iş adamı Hafiz Məmmədovun axtarışa verildiyi və Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb.

Yayılan məlumatdan sonra iş adamı mediaya açıqlama verərək, saxlanılması ilə bağlı məlumatı təkzib edib və borcunu ödədiyini bildirib.

“Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”, - o söyləyib.

Mediabiz.az "qafqazinfo"ya istinadla xəbər verir ki, günün ikinci yarısında Yasamal rayon məhkəməsində onun növbəti məhkəməsi keçirilib. İş adamı məhkəmə zalında həbs edilib və istintaqa təhvil verilib.

Sabah Bakı Apellyasiya Məhkəməsində onun ev durtsaqlığına buraxılması ilə bağlı proses olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR