Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Tarix: 28-01-2022, 07:42

Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər.

Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.

Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, şagirdlər liseyin damında “Bunu heç kim edə bilməz” deyib, riskli hərəkətlər ediblər.

Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona “yıxılarsan, çox qabağa getmə” deyib. 

Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər.  Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. “Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək”,-deyə Ceyran Məmmədli qeyd etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR