Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planı ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 28-01-2022, 15:06

"Azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrupun fəaliyyəti başlayıb".

Bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.

Onun sözlərinə görə, əsasən, Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planları hazırlanıb təsdiq olunması prosesi həyata keçirilib:

"Həmçinin dövlət başçısının tapşırığına əsasən digər bir istiqamət işğaldan azad edilən ərazilərimizdə ermənilərin təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır. Təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub meşələrimiz məhv edilib. Bunula əlaqədər olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrupu müəyyən işlər həyata keçirib. Ölkə başçısının ilk tapşırıqlarından biri də "Bəsitçay" Dövlət qoruğunun bərpa olunmasıdır. Bununla əlaqədar ölkə başçısı müvafiq sərəncam imzalayıb. Həmçinin 2022 - 2026 - cı illəri əhatə edən işğaldan azad olunmuş ərazilərdə meşə bərpa tədbirlərini nəzərdə tutan, tədbirlər planı artıq təsdiq olunub. Bu tədbirlər planına əsasən Qarabağ İqtisadi Rayonu və Şərqi Zəngəzur İqtisadi zonaları ərazisində 30 min hektar ərazini əhatə edən meşələrin bərpası nəzərdə tutulur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR