Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Lukaşenko Litvanı hədələdi

Lukaşenko Litvanı hədələdi

Tarix: 28-01-2022, 15:22

Belarus ixrac yüklərinin tranziti ilə bağlı Litvadan məhdudiyyətlər yaranarsa, Minsk yüklərinin Rusiya limanlarına yönləndirilməsi və Litvanın öz ərazisindən ixracına qadağa qoyulması məsələsini nəzərdən keçirəcək.

Mediabiz.az  xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Litvanın Çinə müharibə açması normaldırmı? Niyə? Yaxşı, Çin uzaqdadır, amma Belarusla niyə müharibə edirsiniz , niyə bizim mallarımız limana buraxılmır? Siz sadəcə olaraq müharibə aparırsız. Əvvəl iqtisadi, sabah qaynar müharibə... Siz liman iqtisadiyyatını məhv edəcəksiniz. İndi biz Rusiya ilə razılaşacağıq. Hər şeyi ora göndərəcəyik - həm Belarus, həm də Rusiya yüklərini, - Lukaşenko cümə günü Minskdə parlamentdə xalqa müraciəti zamanı deyib.

Lukaşenko bildirib ki, Belarus Litvanın Belarus vasitəsilə ixracına imkan verməyəcək: "Biz sizin Belarus vasitəsilə ixracınıza imkan verməyəcəyik - bu yolu unudun. Biz Rusiya ilə razılaşacağıq - və siz başqa yollara çıxmayacaqsınız. Niyə belə edirsiniz? Çılğınlıq hələ də nəzarət altında olduğu halda, gəlin normal əməkdaşlığa qayıdaq. Belarus-Litva iqtisadi müharibəsində Litva mütləq qalib olmayacaq"




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR