Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Nəşi tapılan baş leytenant bu şəhərdə dəfn OLUNACAQ

Nəşi tapılan baş leytenant bu şəhərdə dəfn OLUNACAQ

Tarix: 31-01-2022, 19:25

Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.

Mediabiz.az report-a istinadən xəbər verir ki, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.

Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR