Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Yoluxmaların artması qapanmaya səbəb ola bilərmi? - Açıqlama

Yoluxmaların artması qapanmaya səbəb ola bilərmi? - Açıqlama

Tarix: 3-02-2022, 13:09


"Azərbaycanda COVİD-19 (Omikron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, "Omikron" virusunun yoluxma tezliyini nəzərə alsaq, bu gözlənilən idi".

Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur:

"Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 nəfər virusa yoluxub.  ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkarlanıb. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar".

Deputat bildirib ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir:

" "Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantin tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR