Son Xəbər: Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB, Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir, Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir, Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir, Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb", Kamran Əliyev Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edir, Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir, Spiker: Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir,

Azərbaycanda əkinlərin donvurmadan sığortası başladı - YENİ QAYDALAR

Azərbaycanda əkinlərin donvurmadan sığortası başladı - YENİ QAYDALAR

Tarix: 4-02-2022, 10:33


Azərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma-şaxtavurmadan sığortası başlayıb.


Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi artıq donvurma riskini də əhatə edir.


Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli müvafiq qərarları ilə aqrar sığortanın təminat verdiyi risklərin siyahısı bir qədər də genişləndirilib və buraya şaxtavurma riski də əlavə edilib.


«Aqrar sığorta ilə bağlı regionlarda keçirilən görüşlərdə fermerlərin qaldırdığı və ən çox ehtiyac duyulan sığorta risklərindən biri də donvurmadan sığorta idi. Bunu nəzərə alaraq təsərrüfatların effektiv qorunması məqsədilə aqrar sığortanın əhatə dairəsinə bu risk də əlavə edilib»-deyə Aqrar Sığorta Fondundan bildirilir.


Nəticədə fermerlər və əkinlə məşğul olan sahibkarlar meyvə bağlarını və əkinlərini donvurma riskindən güzəştli şərtlərlə sığorta edə bilərlər. Aqrar sığortanın bütün məhsullarında olduğu kimi, şaxtavurma (donvurma) sığortasında da sığorta haqqının yarısını fermerə dəstək məqsədilə dövlət ödəyir.


Şaxtavurma-donvurma - əkinçilikdə, xüsusilə də meyvəçilikdə təsərrüfatlara ən çox zərər vuran risklərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir.


Azərbaycanda şaxtavurma-donvurmadan sığorta, ayrıca sığorta riski kimi nəzərdə tutulub. Əkin sahəsini bu riskdən sığorta etmək istəyən fermerlər onu əlavə ödəniş etməklə, baza zərfinə əlavə olaraq ala bilərlər.


Donvurma riski üzrə alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, alça, albalı, çiyələk, zeytun, badam, qoz, fındıq, limon, naringi, portağal bağlarını sığortalamaq mümkündür.


Sığorta tarifləri regionlardan asılı olaraq dəyişir, istənilən halda sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR