Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Prezident Administrasiyasına yeni səlahiyyət verildi

Prezident Administrasiyasına yeni səlahiyyət verildi

Tarix: 4-02-2022, 15:41


Prezident Administrasiyası İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək.


Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.


Osman Gündüz xatırladıb ki, bu gün Prezident 2008-ci ildə qəbul edilən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyiklik edilməsi haqqında fərman imzalayıb:


“Dəyişikliyə əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) informasiya əldə edə bilən dövlət qurumlarının siyahısı genişləndirilib. Belə ki, Prezident Administrasiyası da İAMAS  sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək. Fərmana görə, bu səlahiyyət Prezident Administrasiyasına vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə verilib”.


Onun sözlərinə görə, adıçəkilən əsasnamədə çox sayda dövlət qurumlarının İAMAS-a vətəndaşlar haqqında hansı məlumatları daxil edəcəyi və  hansı məlumatları da İAMAS-dan ala biləcəyi qeyd edilib:


“Ölkənin ən nəhəng informasiya sistemi olan İAMAS-ın operatoru Daxili İşlər Nazirliyidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR