Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

"83 yaşım var, 100 qramla bitmir axı, gərək axıra qədər..." - Xalq artisti

"83 yaşım var, 100 qramla bitmir axı, gərək axıra qədər..." - Xalq artisti

Tarix: 5-02-2022, 11:03


"Dövlətin bütün qayğıları ilə təmin olunmuşam, hər şeyim var. Ən yüksək ad və mükafatların sahibiyəm. Bu yaşda Allahdan bircə arzum var. Özümə can sağlığı arzulayıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor hazırda Ağstafada olduğunu deyib:

"Dostlar zəng vurur, soruşurlar ki, "Bakıda idin, doğum günündə niyə rayondasan? Gərək getməyəydin, bir yerdə ad gününü qeyd edərdik”. Dedim Bakıdan elə ona görə qaçıb gəlmişəm. Bilirdim ki, günümüz yeyib-içməklə keçəcək. Yeyib-içmək yaxşı şeydir, amma qədərində. 83 yaşım var, az yaş deyil. 100 qramla bitmir axı, dostlarla oturdunsa, gərək axıra kimi içəsən. Mən də bu yaşda onlar qədər içə bilmirəm. Əslində içirəm, amma sonra məni incidir, hər yaşın bir həddi var. Bu üzdən də qaçmışam”. 

83 yaşlı aktyorun fikirincə, insanın çox yaşamaq istəyi onun özündən asılıdır:

"Cavanlıq getdi, bundan sonra çox yaşamağım öz əlimdədir”.

Qeyd edək ki, dünən Xalq artisti Tariyel Qasımovun 83 yaşı tamam olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR