Son Xəbər:
Tarix: 10-02-2022, 12:40
Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və respublika ərazisində fəaliyyət göstərən böyük casus şəbəkəsini üzə çıxarıb.
Mediabiz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Erməni partiya sədri Peqov haqqında: “Bu yaramazın “canlı yayımları” oğlanlarımızı öldürüb”.
Üstəlik, sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınlarının adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılıb və bu hesablar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.
Bu hesabların müəllifləri savadı az olan və çox pul qazanc əldə etməyə çalışan erməni zabitlərinə təklif ediblər ki, müəyyən mükafat müqabilində çox fərqli xarakterli məlumatlar ötürsünlər.
Bura qoşunların yerləşməsi haqda məlumat, şəxsi heyətin, hərbçilərin və texnikanın sayı, döyüş sursatının həcmi, hərbi hissələrdə komandanlığın strukturu, səngərlər haqda informasiya və s. daxil edilib.
Agent şəbəkəsinin müəllifləri rəsmi statuslarına görə qeyd olunan məlumatlara sahib olan insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə özlərində mövcud olan və xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları “kuratorlarına” göndəriblər.
Genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə, habelə onlara ötürülən məlumatların həcmini və xarakterini dəqiqləşdirməyə, yeni həcmli məlumatların ötürülməsinin qarşısının alınmasına nail olublar.
İstintaq zamanı 30-dan çox yerdə çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənəd və əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən çeklər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq törətdikləri əməli etiraf ediblər.