Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olacaq? - AÇIQLAMA

Vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olacaq? - AÇIQLAMA

Tarix: 14-02-2022, 17:10

Son zamanlar şəxs vəfat edərkən onun pensiya kapitalının taleyinin necə olacağı əsas müzakirə olunan məsələlərdən biridir. Vəfat edən şəxslərin topladığı pensiya kapitalından onların vərəsələrinin istifadə etməsi təklif olunur.

Deputat Əli Məsimli bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı müxtəlif ölkələrin təcrübələri var.  O qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə,  pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiyası  pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə verilə bilər:

"Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi məsələsi isə Azərbaycan  qanunvericiliyində yoxdur. Ona görə də müvafiq  tədbirlər görmək və qanunvericilikdə dəyişikliklər edilməlidir. Belə ki, vəfat etmiş şəxsin  pensiya kapitalının hamısının həmin şəxsin ailə üzvlərinə verilməsi sahəsində mürəkkəbləşdirilmiş vəziyyətə aydınlıq gətirilməsinə və bu məsələnin  optimal bir varaintda  həll edilməsinə ehtiyac var".

Milli Məclisin üzvü Vüqar Bayramov vaxtından əvvəl dünyasını dəyişən vətəndaşların yığdığı kapitalın bir hissəsinin vərəsələrə transfer edilməsi məsələsini təklif etdiyini bildirib. 

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, kapitaldan həmin şəxsin 18, əgər təhsil alırsa 23 yaşına qədər övladları, pensiya yaşında olan valideynləri, yoldaşı istifadə edə bilər:

"Belə olmadıqda isə həmin pensiya kapitalından istifadə olunmur. Ona görə də təklif edirik ki, həmin vətəndaşların topladığı kapitalın bir hissəsi onun vərəsələrinin hesabına transfer edilsin, onlar bu vəsaitdən istifadə etmək imkanına malik olsun".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR