Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Putinin Braziliya prezidenti ilə görüşü diqqət çəkdi (FOTO)

Putinin Braziliya prezidenti ilə görüşü diqqət çəkdi (FOTO)

Tarix: 16-02-2022, 17:23

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşdüyü masa dünya mətbuatında gündəm mövzusuna çevrilmişdi. 

Putinin bu üsulla iki liderə mesaj verdiyi bildirilib. Digər  tərəfdən bu gün Braziliya prezidenti Jair Bolsonaronu qəbul edən Putinin görüşü də diqqət çəkib. 

Belə ki, Putin Bolsonaronu qəbul etdiyi görüşdə digər liderlərə tətbiq etdiyi koronavirus tədbirlərini tətbiq etməyib. Bolsonaro ilə yan-yana oturan Putinin görüş zamanı səmimi rəftarı da diqqət çəkib.

Bolsonaro ilə görüşünün faydalı olacağına ümid etdiyini vurğulayan Putin  “Cənab prezident, sizi görməyə çox şadam və ümid edirəm ki, görüş faydalı olacaq, çünki Braziliya bizim liderimizdir. Latın Amerikasında ticarət və iqtisadi tərəfdaşdır", -  deyə  ifadə  edib. 

Braziliya prezidenti Jair Bolsonaronu da “Əminəm ki, mənim Moskvaya səfərim bütün dünyaya ikitərəfli münasibətlərimizin yaxşı gələcəyinə işarədir”, - deyə bildirib.

Putinin Braziliya prezidenti ilə görüşüdiqqət çəkdi (FOTO)

  • Putinin Braziliya prezidenti ilə görüşüdiqqət çəkdi (FOTO)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR