Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Prezidentin yeni təyin etdiyi başçılar kimdir? - DOSYE

Prezidentin yeni təyin etdiyi başçılar kimdir? - DOSYE

Tarix: 18-02-2022, 11:43

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir və paytaxtın Nizami və Nərimanov rayonlarına yeni icra başçıları təyin edilib.

Mediabiz.az yeni başçıların dosyesini təqdim edir:

Ölkə başçısının sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elgün Şirin oğlu Həbibullayev hazırkı BŞİH rəhbəri Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. O, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçısının köməkçisi, sonra isə müavini təyin edilib. 

E.Həbibullayev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib. 


Prezidentin digər sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan Oqtay oğlu İbrahimov 2020-ci ildə Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. 
(olke.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR