Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Bu küçədə 138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO

Bu küçədə 138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO

Tarix: 22-02-2022, 09:53

Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir. 450 metr uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir edilib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, ərazidə asfaltlanma və nişanlanma xətlərinin çəkilməsi yekunlaşıb. Hazırda yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması və səkilərdə tamamlanma işləri davam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən işıqlar quraşdırılır.

Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib. Xüsusi qabarıq formalı piyada keçidləri ümumi hərəkətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən bu küçə boyunca piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti tam təmin edilib.

Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobil üçün parklanma yeri təşkil edilib. Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da yaradılıb.

Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

Yenidənqurma işləri 3 ay davam edib. İlkin mərhələdə kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.

Bu küçənin müasir tələblərə və yüksək standartlara uyğunlaşdırılması prosesi bitdikdən sonra həm sürücülər, həm də piyadaların layihədən məmnun qalacağından əminik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR