Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Azərbaycanda polis sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürüb

Azərbaycanda polis sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürüb

Tarix: 23-02-2022, 12:38

Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.

F.Ağamalıyev ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanın vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

Hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən F.Ağamalıyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, dindirilən zaman 1 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxıldığını deyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR