Son Xəbər: İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq,

Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxılıb

Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxılıb

Tarix: 23-02-2022, 17:42


Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamovla bağlı qərar elan edib.

"Report"un əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilmədən saxlanılıb.

İttiham aktına görə, E.Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyib.

O, işlədiyi müddət ərzində Şəki rаyоn Məşğulluq Mərkəzinə ayrılmış pulları mənimsəyib.

E.Salamovun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR