Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

Tarix: 24-02-2022, 10:29

Bakının Xətai rayonunun Xocalı prospektində "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb.

Bu barədə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

Onun sözlərinə görə, prospektdə abadlıq, təmizlik işləri həyata keçirilib və yeni güllər əkilib.

Şöbə müdiri bildirib ki, ərazidə 50 mindən artıq mövsümi güllər və dekorativ kollar əkilib: "Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib. Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilib"

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR