Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Bu əməliyyatlar da pulsuz olacaq - AÇIQLAMA

Bu əməliyyatlar da pulsuz olacaq - AÇIQLAMA

Tarix: 25-02-2022, 17:28

İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq xidmət var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış xəstəliklər nəzərə alınmışdır.

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, bir il işlədikdən sonra biz gördük ki, xidmətlər zərfində ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi nəzərdə tutulmamışdı.

“Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır. Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik. Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən sonra Nazirlər Kabineti onu təsdiqləyəcək, - deyə Z.Əliyev bildirib.

"Uşaqla bağlı hər hansı bir əməliyyat qalmışdısa, onları da zərfə salmışıq ki, vətəndaşların uşaqlarla bağlı hər hansı bir problemi olmasın. Endaprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa, bu, yerinə yetiriləcək”, - deyə Z.Əliyev əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR