Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Şəhid ailəsini təhqir edən polis sahə rəisinə şiddətli töhmət verildi

Şəhid ailəsini təhqir edən polis sahə rəisinə şiddətli töhmət verildi

Tarix: 28-02-2022, 14:44

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Quliyev Bəxtiyar Nadir oğlu şəhid ailəsini təhqir etdiyi üçün ona şiddətli töhmət verilib.

Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, ərizəçi Ombudsmana müraciət edərək, Vətən müharibəsində şəhid olmuş övladının nəşini Füzuli rayonundan gətirərkən həyəcanlı olmaları səbəbindən yolda sürət həddinin aşılması nəticəsində avtomobilin radarda qeydə alındığına görə həyat yoldaşının cərimə edildiyini, buna aydınlıq gətirilməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inzibati binasında olarkən orada Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Quliyev Bəxtiyar Nadir oğlu tərəfindən təhqiramiz münasibətə məruz qaldığını bildirib, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş edib.

Ombudsmanın həmin nazirliyə ünvanladığı müraciətə verilmiş cavabda göstərilib ki, xidməti yoxlamalar zamanı ərizəçinin BDYPİ-də olarkən şöbə rəisindən icazə alaraq oğlunu sürücülük vəsiqəsi alması məqsədilə orada keçirilən imtahana gətirmiş polis sahə rəisi B.N.Quliyevin inzibati binanın buraxılış məntəqəsində qəbulla bağlı ona müraciət edən ərizəçiyə hüquq və vəzifələrini izah edərək aidiyyəti üzrə istiqamətləndirmək əvəzinə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələyə müdaxilə edərək lüzumsuz ifadələr işlətməklə ərizəçi ilə mübahisə etdiyi, ünsiyyətdə nəzakətsizliyə yol verməklə barəsində haqlı şikayətə zəmin yaratdığı müəyyən edilib. Qeyd olunan qəbahətlərə yol verdiyinə görə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi B.N.Quliyevə “şiddətli töhmət” intizam tənbehi elan edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR