Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Azərbaycanda general ona "telepuzik" deyən kəşfiyyatçını MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda general ona "telepuzik" deyən kəşfiyyatçını MƏHKƏMƏYƏ VERDİ

Tarix: 1-03-2022, 10:01

Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.

Mediabiz.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.

Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.

Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR