Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Bu bank Rusiya və Belarusu maliyyədən məhrum edəcək

Bu bank Rusiya və Belarusu maliyyədən məhrum edəcək

Tarix: 1-03-2022, 18:25

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti banka üzv olan ölkələrin nümayəndələrindən həm Rusiya, həm də Belarusa qarşı sərt addımları təsdiqləmələrini xahiş edib.

Mediabiz.az bankın saytına istinadən xəbər verir ki, İdarə Heyəti tərəfindən təklif edilən addımlar ölkə nümayəndələri tərəfindən təsdiqlənərsə, Rusiya və Belarusun AYİB-in maliyyə və ekspertizasına çıxışı qeyri-müəyyən müddətlik dayandırılacaq.

Qeyd edək ki, AYİB indiyədək Rusiyaya 788 layihə çərçivəsində 24,301 mlrd. avro, Belarusa isə 142 layihə çərçivəsində 3,087 mlrd. avro ayırıb. Bankın Rusiyadakı aktiv portfelinin həcmi 61 layihə çərçivəsində 939 mln. avro, Belarusdakı aktiv portfelinin həcmi isə 61 layihə üzrə 880 mln. avro təşkil edir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR