Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Vətən yolu” filminin çəkilişləri davam edir.

“Vətən yolu” filminin çəkilişləri davam edir.

Tarix: 2-03-2022, 11:30

“Vətən yolu” filminin çəkilişləri davam edir.

Müharibə Veteran Qadınlarına Sosial Yardım İctimai Birliyinin icra etdiyi Şəhidlərimizin tanıdılması məqsədi ilə “Vətən yolu” sənədli filmin çəkilməsi adlı layihənin maliyyə dəstəyini Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi verib. 2021-ci ildə elan olunmuş kiçik qrand layihələri müsabiqəsində qalib olan təşkilatmızın məqsədi vətən uğrunda şəhid və qazi olmuş vətən oğullarının tanıdılmasıdır. Layihənin icrası məqsədi ilə “Vətən yolu” filminin Yardımlı rayonunda nəzərdə tutulan çəkilişləri artıq başa çatmışdır. Haqqında film çəkiləcək şəhidimizin biri Yaqublu Fərman Telman oğlu isə Yardımlı rayonunun Çayüzü kəndindəndir. Onun atası da 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirk edib qazi olub. Biz fimimizin ideyasına uyğun olaraq 1992-ci ildə vətən uğrunda döyüşən igidlərimizin 2020-ci ildə vətən uğrunda döyüşən şəhid və qazi olan övladlarının tanıdılmasıdır. Yardımlıda aparılmış çəkilişlərimiz zamanı şəhidimiz Yaqublu Fərman Telman oğlunun atası və 3 əmisi birinci Qarabağ müharibəsində vətən uğrunda gedən döyüşlərdə iştirak ediblər. Bu faktlar bizim üçün yenilik oldu. Deməkki biz vətən yolunda canından keçən oğullarımızı hələdə tanımamışıq. Layihəmiz artıq Fərmanın əmilərinin tandılmasınıda həyata keçirəcəyik.

Uzaq dağ kəndindən heç vaxt görmədikləri Qarabağ uğrunda canından keçməyə hazır olan Yardımlı övladlarının vətən sevgisi bir nümunədir. Bizdə bu vətənpərvərlik hisslərinin yayılmasına çaklışıacağıq.

MVQSYİB-nin sədri Radə Abbas, Layihə 4 ay müddətində icra olunacaq. Hər kəsə uğurlar arzu edirik.

Allah bütün şəhidlərimizə rəhmət eyləsin!.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR