Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

"İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir" - İlham Əliyev

"İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir" - İlham Əliyev

Tarix: 3-03-2022, 14:22

“İçərişəhər Bakı şəhərinin özəyidir. Bakı şəhərini İçərişəhərsiz təsəvvür etmək mümkün deyil. Ancaq inzibati bölgü nöqteyi-nəzərdən mənim Sərəncamımla bir neçə il bundan əvvəl İçərişəhərdə xüsusi idarəetmə mexanizmi yaradılmışdır, idarə yaradılmışdır. İnzibati nöqteyi-nəzərdən İçərişəhər müstəqil inzibati vahiddir, ancaq Bakı şəhərinin bir hissəsidir".

Bunu Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Bakı şəhərinin gözəlliyi bu gün heç kimə sirr deyil və Bakıya gələn hər bir xarici qonaq Bakıya heyran olur. Əminəm ki, hər gələn, xüsusilə ilk dəfə Bakıya gələn xarici qonaq mütləq İçərişəhərə baş çəkir, İçərişəhərlə, orada yerləşən abidələrlə tanış olur və bir daha görür ki, Azərbaycan xalqı böyük xalqdır, qədim xalqdır, istedadlı xalqdır. Ancaq böyük və istedadlı xalq belə möhtəşəm, dünya əhəmiyyətli abidə yarada bilər. Bir daha demək istəyirəm ki, İçərişəhərin hər bir hissəsi, hər bir guşəsi əhəmiyyətlidir və eyni zamanda, İçərişəhər sadəcə olaraq açıq səma altında muzey deyil. İçərişəhərdə insanlar yaşayır, əsrlərboyu yaşayıb. Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər”, - dövlət başçısı bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR