Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA

Tarix: 4-03-2022, 10:33

"Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İlqar Zeynalovun atası İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum".

Bunu "Unikal"a açıqlamasında deputat Ziyad Səmədzadə deyib. O bildirib ki, İbrahim Zeynalova dəstək olmayıb:

"Deyirlər ki, iş birliyi var idi, sonra qırıldı. Hansı iş birliyindən danışırsan? Gəlsin desin ki, 3,5 milyon manat hansı bankdan götürülüb? Sonra deyirlər ki, 8 milyon Ziyad Səmədzadəyə çatıb. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlayan şəxslər hamısı vicdansız insanlardır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq  atası Əhməd Mahmudovla münasibətim olub".

Qeyd edək ki, ötən gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nun sabiq direktoru İbrahim Zeynalovdan 8 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov təmsil edib. O, məhkəmə prosesində atası İbrahim Zeynalovun deputat Ziyad Səmədzadlə iş birliyi olduğunu bildirib. O, həmçinin atasının Ziyad Səmədzadə vasitəsilə bankdan 3,5 milyon manat kredit götürdüyünü iddia edib. Məhkəmə prosesində həmçinin rüşvət qismində yığılan 8 milyon manat vəsaitin Ziyad Səmədzadəyə çatdığını da bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR