Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

"Zelenski Kiyevdə, öz xalqının yanındadır" - YENİLƏNİB

"Zelenski Kiyevdə, öz xalqının yanındadır" - YENİLƏNİB

Tarix: 4-03-2022, 21:58

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya qaçdığını iddia edib.

Ukrayna tərəfi bu məlumatı təkzib edib.

Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti bildirib ki, Rusiya infornasiya müharibəsi aparmağa davam edirlər.

"Onlar prezident Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxta məlumat yayıblar. Bu, həqiqətə uyğun deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın", - deyə məlumatda bildirilir.

xxx

17:21

"Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edib, hazırda Polşadadır".

Mediabiz.az "TASS"a  istinadən xəbər verir ki,  bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında məlumat verib.

"Zelenski Ukraynanı tərk etdi. Ali Radanın deputatları dedilər ki, Lvovda onun yanına gedə bilməyəcəklər. İndi o, Polşadadır", - o yazıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR